Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 29 vaksin vurulub.

Olaylar.az bildirir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 8, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 5, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 14, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 2 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 781 799, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 359 474, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 855 352, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 316 512, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 250 461 nəfər təşkil edir.

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31