Medianın İnkişafı Agentliyində “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüş keçirilib

Olaylar.az xəbər verir ki, iyulun 8-də Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov "Yüksəliş" müsabiqəsinin qalibləri Ruslan Mirzəliyev, Orxan Qazı Zadə, Elçin Mirzəzadə ilə görüşüb.

Görüşdə yüksək idarəetmə və liderlik keyfiyyətlərinə malik kadrların fərdi inkişafının dəstəklənməsi və perspektiv rəhbər şəxslərin peşəkar səriştə və idarəçilik təcrübələrinin artırılmasında "Yüksəliş" müsabiqəsinin əhəmiyyəti vurğulanıb. Əhməd İsmayılov qaliblərə rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətləri, media islahatları çərçivəsində həyata keçirilən tədbirlər barədə məlumat verib.

Media sahəsində qaliblərin fikirlərini dinləyən Əhməd İsmayılov onların mediaya dair məsələlərlə bağlı suallarını cavablandırıb, yeni təkliflər haqqında fikir mübadiləsi aparıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31