Azərbaycan incəsənətinə AĞIR İTKİ: 65 yaşında VƏFAT ETDİ -FOTO
9 İyul 2022 10:44 SosialTanınmış rəssam Rakif İsmayılov vəfat edib.
Olylar.az xəbər verir ki, o, 65 yaşında dünyasını dəyişib.
Məlumata görə, mərhum şəkər xəstəliyindən əziyyət çəkirdi. Bir müddət öncə onun ayağı amputasiya olunmuşdu.
Qeyd edək ki, R.İsmayılov Masallının Ağakişibəyli kəndində anadan olub. O, Əzim Əzimzadə adına rəssamlıq məktəbini bitirib. Daha sonra Moskvada təhsilini davam etdirib, Xalq rəssamı Tahir Salahovdan 4 il təhsil alıb. Ölkədə portretçi rəssam kimi tanınıb. İsmayılov son illərini Bakının Nizami küçəsində turistlərin portretini çəkməklə keçirib.
(qafqazinfo)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31