Pensiya alanlara ŞAD XƏBƏR
8 İyul 2022 15:51 SosialƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə iyul ayının pensiyaları ödənilib.
Nazirlikdən Olaylar.az verilən xəbərə görə, 2022-ci il üzrə verilməsi nəzərdə tutulan 200 manat maddi yardımın lll rüb üzrə nəzərdə tutulan hissəsi (50 manat) də iyul ayının pensiyasının üzərinə əlavə olunub.
Vətəndaşlar pensiyalarını bank kartları vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.
Yaxın günlərdə respublikamızın digər bölgələri üzrə pensiyalar, həmçinin güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları da ödəniləcək
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31