Əhməd Cavadın adını daşıyan məktəbdə acınacaqlı durum
8 İyul 2022 11:50 Sosial"Dəfələrlə məsələ qaldırmışıq ki, Əhməd Cavadın adını daşıyan Gəncə şəhər 2 saylı orta məktəb yaxşı vəziyyətdə deyil. Bununla bağlı addım atılmır". Olaylar xəbər verir ki, bununla bağlı Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında deputat Naqif Həmzəyev danışıb.
Deputat xatırladıb ki, bu il Əhməd Cavadın 130 illiyi keçiriləcək: "Əhməd Cavad Azərbaycanda və Türk dünyasında olduqca önəmli bir şairdir. Əhməd Cavadın adını daşıyan Gəncə şəhər 2 saylı orta məktəb yaxşı vəziyyətdə deyil. Aidiyyatı qurumlardan xahiş edirəm ki, bu məktəbin bərpası həyata keçirilsin".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31