"Azəriqaz" rəhbəri şəhid ailəsini ziyarət edib
8 İyul 2022 11:49 SosialSOCAR "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev Qurban bayramı ərəfəsində şəhid Nurəhməd Ulubəyovun evinə baş çəkərək onun ailəsi ilə görüşüb.
"OLAYLAR"-a İstehsalat Birliyindən daxil olan xəbərə görə, şəhid ailəsini bayram münasibətilə təbrik edən baş direktor şəhidin atası Hacıbəy Ulubəyovla söhbət edərək onların qayğıları ilə maraqlanıb. Söhbət zamanı vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən şəhidin əziz xatirəsi yad edilib. Qeyd edək ki, şəhidin atası Hacıbəy Ulubəyov uzun illərdi Birliyin İdarəetmə Aparatında çalışır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31