Bulvarda boğulmaqda olan qadın XİLAS EDİLDİ

Səhər saatlarında bulvar ərazisində dənizdə boğulmaqda olan qadın xilas edilib.Bu barədə Dənizkənarı Bulvar İdarəsinin İdarə Heyəti sədrinin müşaviri Könül İmamverdiyeva bildirib.O qeyd edib ki, artıq qadının vəziyyəti yaxşıdır: "Səhər saatlarında dənizdə boğulmaqda olan qadın xilas edilib. Bulvarın mühafizə xidməti hadisədən dərhal sonra Fövqəladə Hallar Nazirliyinə və Daxili İşlər Nazirliyinə məlumat verib. Hazırda onun səhhətində hər şey qaydasındadır".

BAKU.WS

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31