Azərbaycanda hər 7 uşaqdan biri nikahdankənar doğulur - Çoxu kənd yerlərində anadan olur

2021-ci ilin məlumatına əsasən Azərbaycanda doğulan uşaqların hər 7 nəfərindən biri nikahdankənar dünyaya gəlib.

Diri doğulan uşaqların 15,6 faizi nikahdankənar qurulan ailələrdə doğulub.

Ötən il 112 284 uşaq anadan olub. Anadan olan uşaqların 17 566-sı rəsmi qeydə alınmamış nikahdan olan qadınlar tərəfindən dünyaya gətirilib.
Nikahdankənar doğulan uşaqların çox hissəsi kənd yerlərində anadan olur. Ötən il kənd yerlərində 11 min uşaq nikahdankənar dünyaya gəlib.

Sfera.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31