ÜST-dən həyəcan təbili: Uşaqlar arasında meymunçiçəyinə yoluxma var
7 İyul 2022 10:28 SosialÜmumdünya Səhiyyə Təşkilatı (ÜST) uşaqlar arasında meymunçiçəyi xəstəliyinə yoluxma hallarını qeydə alıb.
Olaylar.az Oxu.az-a istinadən xəbər verir ki, "İzvestiya"-nın məlumatına görə, bu barədə ÜST-ün nümayəndəsi Rozamund Lyuis brifinq zamanı bildirib.
Onun sözlərinə görə, bu gün meymunçiçəyinə yoluxma aşkarlanan uşaqların təxminən üçdəbiri 10 yaşınadək, yarısı isə beş yaşınadək uşaqlardır.
Lyuis qeyd edib ki, çox güman ki, kiçik uşaqlar xəstəliyə evdə yoluxurlar. 18-19 yaşlı xəstələr arasında meymunçiçəyi xəstəliyinin yayılması məsələsi hələ də aktuallığını itirməyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31