“Nəqliyyat qəzaları zamanı xilasetmə əməliyyatları” mövzusunda təlim keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi "Nəqliyyat qəzaları zamanı xilasetmə əməliyyatları" mövzusunda təlim keçirib. Nazirlikdən "Olaylar"a bildirilib ki, təlimin keçirilməsində məqsəd nəqliyyat qəzaları zamanı deformasiyaya uğramış avtomobildən zərərçəkmişlərin xilas edilməsi üzrə xilasedicilərin bilik və bacarıqlarının artırılması, həmçinin xilasetmə qrup komandirlərinin hadisə zamanı effektiv idarəetmə vərdişlərinin təkmilləşdirilməsi olub.Təlim zamanı xilasedicilər tərəfindən şərti nəqliyyat qəzası zamanı avtomobildə baş vermiş "yanğın" söndürülüb, deformasiyaya uğramış avtomobildən "zərərçəkmiş xilas edilərək təxirəsalınmaz ilkin tibbi yardım göstərilib".Uğurla keçirilmiş təlimin sonunda əldə edilmiş nəticələr müzakirə olunub, müvafiq tapşırıqlar verilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31