Kəmaləddin Heydərov Yevlaxda sakinləri qəbul edəcək

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Yevlaxda vətəndaşları qəbul edəcək. Bu barədə "Olaylar"a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən 8 iyul 2022-ci il tarixində Yevlax şəhərində, Nazirliyin Aran Regional Mərkəzinin inzibati binasında saat 11:00-dan Yevlax rayonu və Mingəçevir şəhəri sakinlərinin qəbulu keçiriləcək. Qəbula gələn vətəndaşların qeydiyyatı 7 iyul 2022-ci il tarixində Nazirliyin Aran Regional Mərkəzinin inzibati binasında saat 09:00-da başlayacaq.

Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid müraciətlərə baxılacaq. Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31