Baş Prokurorluq Bakıda liftin qırılması ilə bağlı araşdırmalara başladı
4 İyul 2022 23:15 SosialBaş Prokurorluğun Mətbuat xidməti Bakıda liftin qırılması ilə bağlı məlumat yayıb.
Olaylar.az bildirri ki, qurumdan verilən məlumata görə, iyulun 04-ü paytaxtın Nərimanov rayonu Həsənoğlu küçəsi ev 6 ünvanında yerləşən hündürmərtəbəli binanın liftində texniki nasazlıq səbəbindən əyləcin tutmamasına görə liftin qəflətən bir mərtəbədən sürətlə digər mərtəbəyə düşməsi nəticəsində 1974-cü il təvəllüdlü Zəhra Məmmədovanın ayağından xəsarət alaraq xəstəxanaya yerləşdirilməsi müəyyən edilib.
Hazırda faktla bağlı Nərimanov rayon prokurorluğunda araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31