TƏBİB-dən məşhur marketdəki zəhərlənmə barədə AÇIQLAMA
4 İyul 2022 10:58 SosialNəsimi rayonu, Səməd Vurğun küçəsi 79 D ünvanından zəhərlənmə səbəbi ilə Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına daxil olan müraciət əsasında 14 nəfərə yerində tibbi yardım göstərilib, 14 nəfər isə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub.
Olaylar.az xəbər verir ki, bu barədə informasiyanı TƏBİB yayıb.
Qeyd olunub ki, xəstəxanaya yerləşdirilənlərə zəruri tibbi yardım göstərilib, abmulator müalicə üçün artıq evə buraxılmışlar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31