35 yaşlı qadın ATU-nun klinikasında intihar etdi
4 İyul 2022 10:34 SosialAzərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında intihar hadisəsi baş verib.
35 yaşlı Aysel Xəlilova ötən gün özünü klinikanın 10-cu mərtəbəsində eyvandan atıb.
Nəticədə o, klinikanın 4-cü mərtəbəsinə düşüb və vəfat edib.
Məlumata görə, qadın orada müalicə alırmış. Bir müddət əvvəl onun atası dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
oxu.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31