Səhiyyə naziri valideynlərə MÜRACİƏT ETDİ
1 İyul 2022 13:00 Sosial"Uşaqlar arasında yayılan virus mövsümüdür".
Olaylar.az xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev jurnalistlərə açıqlamasında deyib.
Nazir məsələ ilə bağlı valideynlərə müraciət edib. O deyib ki, uşaqları vaxtlı-vaxtında həkim müayinəsindən keçirmək lazımdır: "Təbii ki, müxtəlif xəstəliklər də ola bilər. Lakin bu günə kimi müşahidə etdiyimiz klassik mövsümü artmalardır. Yəni burada hər hansı spesifik yoluxucu xəstəliyin mövcudluğundan danışmaq lazım deyil".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31