"Meymunçiçəyinə görə sərhəddə tədbir görülməyəcək" - RƏSMİ
1 İyul 2022 12:54 Sosial"Azərbaycanın sərhəd keçid məntəqələrində meymunçiçəyi virusu ilə əlaqəli hər hansı spesifik tədbirlərin görülməsi nəzərdə tutulmur".
Bunu səhiyyə naziri Teymur Musayev jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının verdiyi qərar və tövsiyələrə əsasən ölkədə epidemioloji nəzarət tədbirləri qurur: "Azərbaycan da həmin qayda və tövsiyələrə tam riayət edir".
sfera
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31