3200-ə yaxın şəxsə elektron nəzarət vasitələri tətbiq olunub

Cari ildə əhaliyə göstərilən elektron ədliyyə xidmətlərinin dairəsi genişləndirilib, onlardan istifadə sayı 3 dəfəyədək artaraq 1.3 milyonu ötüb. Bu barədə Ədliyyə Nazirliyindən "Olaylar"a verilən məlumatda bildirilib ki, bu ilin altı ayında 367 minə yaxın icra sənədinin icrası təmin edilib. Nəticədə təqribən 420 milyon manat vəsaitin ödənilməsi təmin edilib.

Hesabat dövründə azadlıqdan məhrumetməyə alternativ cəzaların icrasının daha səmərəli təşkili və nəzarətin gücləndirilməsi ilə bağlı tədbirlər görülüb. Hazırda 3.200-ə yaxın şəxsə elektron nəzarət vasitələri tətbiq olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31