Əhalinin rifahının yaxşılaşdırılması ilə bağlı 2.000-dən çox hüquqi akt layihəsi hazırlanıb
1 İyul 2022 12:08 SosialRespublikamızda aparılan genişmiqyaslı islahatlar ictimai münasibətlərin bütün sahələrini əhatə etməklə yeni mühüm qanunların qəbul olunması ilə müşayiət olunur. Qanunvericiliyin təkmilləşdirilməsi işində aktiv iştirak edən nazirlik tərəfindən ölkəmizin iqtisadi inkişafı, əhalinin rifahının yaxşılaşdırılması ilə bağlı cari ildə 2.000-dən çox hüquqi akt layihəsi hazırlanıb və ya ekspertizadan keçirilib. Ədliyyə Nazirliyindən "Olaylar"a bildirilib ki, əhalinin hüquqi biliklərinin artırılması və qanunvericilikdəki yeniliklərlə bağlı məlumatlılığın təmin olunması məqsədilə nazirlik tərəfindən on minlərlə normativ sənədi ehtiva edən "Hüquqi aktların vahid elektron bazası" aparılır. Daim yenilənən və interaktiv rejimdə fəaliyyət göstərən milli qanunvericiliyin elektron məlumat bazasından (www.e-qanun.az) il ərzində bəhrələnənlərin sayı yüz minlərlə ölçülür. Elektron resursa daxilolmaların sayı bu ilin birinci yarısında artaraq 1.2 milyonu ötüb.