“Virtual DOST” elektron xidmətlər platforması yaradılıb

Ötən dövrdə 1 milyona yaxın vətəndaşın faydalandığı "DOST" xidmətlərinin əhatə dairəsinin genişləndirilməsi üçün yeni "DOST" mərkəzlərinin açılması nəzərdə tutulur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən "Olaylar"a bildirilib ki, "DOST" xidmətlərinə əlçatanlığın artırılması üçün yeni hədəflərə doğru işlər aparılır.  Bu hədəflərdən biri "Virtual DOST" elektron xidmətlər platformasının yaradılmasıdır. Həmin e-platformanın  bu ilin 3-cü rübündə test rejimində istifadəyə verilməsi planlaşdırılıb. Hədəflər sırasına "DOST" mərkəzlərində eşitmə və nitq qabiliyyəti məhdud şəxslər üçün surdo-tərcümə xidmətinin təşkili, sosial xidmət göstərilməsinin təkmilləşdirilməsi və  s. daxildir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31