İyulda 12 gün iş olmayacaq
1 İyul 2022 10:39 Sosialİyul ayında bayramlarla əlaqədar qeyri-iş günlərinin sayı açıqlanıb. Olaylar.az xəbər verir ki, ƏƏSMN-nin Dövlət Əmək Müfəttişliyi Xidmətinin məlumatına görə, iyulun 9-10-u Qurban bayramıdır. İyulun 9-u və 10-u şənbə və bazar günlərinə təsadüf etdiyindən Əmək Məcəlləsinə əsasən iyulun 11-i və 12-si qeyri-iş günü olacaq. Qeyd edək ki, iyulda həftəsonları ilə birgə 12 gün iş olmayacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31