Zaur onu tənqid edənləri ələ saldı - VİDEO
1 İyul 2022 10:29 SosialAparıcı Zaur Kamal ARB telekanalında yayımlanan "Həmin Zaur" verilişində cənubi azərbaycanlı müğənni Afşin Azərini efirdən qovduğuna görə onu tənqid edənlərə cavab verib.
Olaylar.az xəbər verir ki, o, ötən axşam canlı efirini bu sözlərlə açıb:
"Uzaqdan qüsursuz, yaxından isə lazımsız insanlar gördüm bu həyatda. Amma lazımsızları uzaq etdim, lazımlılar qaldı yanımda. 25 ildir radio-televiziya təcrübəm var. Həmişə tamaşaçı qarşısına alnıaçıq çıxdım, həmişə tamaşaçı sevgisini hiss etdim. Damla-damla yığdığımız bu sevgini Allah-təala bizdən uzaq etməsin. Efirə ancaq sevincli hisslərlə çıxırıq. Bu gün də sevincimlə, gözəl ab-hava ilə bu günün gecəsini açıq elan edirəm".
Maraqlıdır ki, Z. Kamal etdiyi mədəniyyətsiz hərəkətinə görə ünvanına səsləndirilən tənqidi fikirlərdən sonra belə tamaşaçılardan üzr istəməyib, əksinə açıqlaması ilə onları ələ salıb.
Görünür, tamaşaçı fikri, eləcə də ictimai qınaq nə telekanal üçün, nə də aparıcı üçün hər hansı bir məna kəsb edir...
Qafqazinfo