Bakıda üç avtomobil toqquşub, xəsarət alanlar var - FOTO
1 İyul 2022 10:45 SosialBakının Nərimanov rayonunda yol qəzası zamanı üç nəfər xəsarət alıb.Hadisə Ziya Bünyadov prospektində qeydə alınıb.
Belə ki, "Hyundai" markalı minik avtomobilini idarə edən sürücü "20 Yanvar" dairəsi istiqamətində hərəkətdə olan zaman sükana nəzarəti itirib.Nəticədə yolayrıcındakı arakəsməyə dəyən avtomobil əvvəlcə eyni markalı nəqliyyat vasitəsinə, sonra "Mazda" markalı maşına çırpılıb.Qəza zamanı "Hyundai"da olan üç sərnişin xəsarət alıb.Əraziyə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları cəlb olunublar. Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31