Azərbaycanda daha bir avtobus qalmaqalı: Yanındakı qadına porno izlətdi - VİDEO
30 İyun 2022 12:41 SosialSumqayıtda avtobusda sərnişinlərdən biri digər qadın sərnişinə qarşı əxlaqsızlıq edib.
Bu barədə sosial şəbəkələrdə video görüntü yayılıb. Bildirilir ki, 6 saylı avtobusda kişi sərnişinlərdən biri telefonunda porno görüntüyə baxıb. Bu azmış kimi o, həmin görüntüləri yanındakı qadına göstərib.
Məsələ ilə əlaqədar Daxili İşlər Nazirliyi ilə əlaqə saxladıq. DİN-in mətbuat xidmətindən BAKU.WS-ə bildirildi ki, məsələ ilə bağlı Sumqayıt Şəhər Baş Polis İdarəsinin 4-cü polis bölməsində araşdırmalar başlanılıb. Araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.
AZXEBER.com
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31