ÜST-dən XƏBƏRDARLIQ: “Vəziyyət kəskinləşə bilər…”

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus COVID-19-a yoluxma hallarının 100-dən çox ölkədə artdığına diqqət çəkib.

Qebreyesus açıqlamasında COVID-19-un alt variantları olan BA.4 və BA.5-in 110 ölkədə yoluxma hallarının artmasına səbəb olduğunu ifadə edərək, qlobal vəziyyətin kəskinləşə biləcəyinə diqqət çəkib.

Epidemiyanın hələ bitmədiyinə işarə edən Qebreyesus: "Epidemiya forması dəyişir, amma bitməyib. Hesabat və genomik ardıcıllıqlar azaldıqca, virusu izləmək qabiliyyətimiz təhlükə altına düşür, yəni Omikronu izləmək və gələcəkdə yaranan variantları təhlil etmək çətinləşir",-deyə bildirib.

ÜST sədri bütün ölkələrin əhalisinin ən azı 70 faizinin peyvənd edilməsi tələbi ilə bağlı müddətin daraldığına da diqqətə çatdırıb.

sfera

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31