Konstitusiya Məhkəməsi sədrinin də maaşı artırılır

Konstitusiya Məhkəməsi sədrinin maaşı artırılır. Olaylar  xəbər verir ki, bununla bağlı Milli Məclisin bu gün keçirilən plenar iclasında "Konstitusiya Məhkəməsi haqqında" qanuna təklif edilən dəyişikliklər müzakirəyə çıxarılıb. 
 
Dəyişikliyə əsasən, Konstitusiya Məhkəməsi sədrinin aylıq vəzifə maaşı 3550 manat müəyyən edilib. Qanun üçüncü oxunuşda səsə qoyularaq qəbul edilib. Qeyd edək ki, layihə təsdiq edildikdən sonra 2022-ci il sentyabrın 1-dən qüvvəyə minəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31