"Biz müharibə veteranlarını daha çox məşğulluğa cəlb etmək istəyirik" -Nazir
28 İyun 2022 12:46 SosialBirinci və İkinci Qarabağ müharibəsi veteranlarına hec bir halda fərq qoyulmur və qoyulmayacaq. Bu dövlət siyasətidir". Olaylar xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında deputatların suallarını cavablandıran Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib.
"2 il öncə müharibə iştirakçılarına verilən müavinətlər 50 faizdən çox artırıldı. Sosial ödənişlərə yenidən baxılması fonunda bu məsələyə də yenidən baxılacaq. Amma biz müharibə veteranlarını daha çox məşğulluğa cəlb etmək istəyirik. Çünki onlar əmək qabiliyyəti olan şəxslərdir", S.Babayev bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31