Bağdad Amreyev TUMİB sədri ilə görüşüb

Azərbaycanda səfərdə olan Türk Dövlətləri Təşkilatının sədri Bağdad Amreyev Türkiyə Universitetləri Məzunları İctimai Birliyinin (TUMİB) sədri Tural Əfəndi ilə görüşüb.

"OLAYLAR" xəbər verir ki, bu barədə məlumatı TUMİB sədri özünün facebook sosial şəbəkə hesabında verib. Bildirib ki, görüş zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31