Azərbaycanda COVID-19-a yoluxanların sayı açıqlandı
27 İyun 2022 18:26 SosialAzərbaycanda koronavirus (COVID-19) infeksiyasına 12 yeni yoluxma faktı qeydə alınıb, 6 nəfər müalicə olunaraq sağalıb.
Olaylar.az bildirir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında vəfat edən olmayıb.
Azərbaycanda indiyədək ümumilikdə 793 176 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 783 298 nəfər müalicə olunaraq sağalıb, 9 717 nəfər vəfat edib, aktiv xəstə sayı 161 nəfərdir.
Ölkədə son sutka ərzində 1 541, hazırkı dövrədək isə 6 956 005 test aparılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31