Minaya düşən polis əməkdaşının ayağı amputasiya olunub
27 İyun 2022 11:22 SosialMinaya düşən polis əməkdaşının ayağı amputasiya olunub
İyunun 26-sı saat 20 radələrində Füzuli Rayon Polis Şöbəsinin əməkdaşı, polis serjantı İlham Salmanov rayonun işğaldan azad edilmiş Aşağı Seyidəhmədli kəndi ərazisində xidmətdə olarkən piyada əleyhinə minaya düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri almışdır.
DİN-dən Olaylar -a bildirilib ki, o, xəstəxanaya yerləşdirilmiş, ayaq nahiyəsi topuqdan aşağı amputasiya olunmuşdur. Hazırda həyatı üçün təhlükə yoxdur.
Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31