ÜST meymunçiçəyi ilə bağlı QƏRAR VERDİ
26 İyun 2022 14:22 SosialÜmumdünya Səhiyyə Təşkilatı (ÜST) meymunçiçəyi virusu ilə bağlı yeni açıqlama yayıb.
ÜST xəstəliyin yayılmasını yüksək xəbərdarlıq pilləsi elan etməyib və beynəlxalq səviyyəli fövqəladə vəziyyət kimi dəyərləndirilməyib.
Bildirilib ki, ÜST qərarını təşkilatın fövqəladə hallar komitəsinin tövsiyəsi əsasında verib.
Məlumata görə, qərardan öncə təşkilatın fövqəladə hallar komitəsi bir neçə gün davam edən müzakirələr aparıb. Müzakirələrin sonunda qərar qəbul olunub.
Xatırladaq ki, beynəlxalq səviyyəli səhiyyə fövqəladə vəziyyəti ÜST tərəfindən elan edilən ən yüksək xəbərdarlıq pilləsidir. Bu, hazırda COVID-19 pandemiyası və poliomielit xəstəliyinə şamil olunur.
sfera
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31