“Instagram”dan istifadəçilərini sevindirəcək YENİLİK

"Instagram" sosial şəbəkəsi daha bir yenilik təqdim edəcək.

Sfera.az Haber Global-a istinadən xəbər verir ki, "hekayə" bölməsinə yerləşdirilən videoların müddəti 30 saniyədən 60 saniyəyə qədər artırılır.

Hazırda sınaq mərhələsində olan yeniləmə əvvəlcə bəzi məhdud hesablara təklif edilib. Ancaq yaxın gələcəkdə "Hekayə" bölməsindəki videoların bütün hesablarda 60 saniyə olacağı gözlənilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31