Bakıda Türkiyə səfirliyinin avtomobili qəzaya düşdü
24 İyun 2022 12:50 SosialBakıda Türkiyə səfirliyinə məxsus avtomobilin iştirakı ilə yol qəzası baş verib.
Hadisə Nərimanov rayonu, Albert Aqarunov küçəsində qeydə alınıb.
Türkiyə səfirliyinə məxsus KİA markalı, 001-D-030 dövlət qeydiyyat nişanlı avtomobil qəfil qarşısına çıxan "Honda Insight" markalı taksini vurub. Nəticədə hər iki nəqliyyat vasitəsinə ziyan dəyib.
Əraziyə polis əməkdaşları gəliblər.
qafqazinfo
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31