Nazir müavini Zərdab rayonunda vətəndaşları qəbul edib
24 İyun 2022 11:55 SosialƏmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov Zərdab rayonunda həmin rayonun sakinlərini qəbul edib. Nazirlikdən "Olaylar"a bildirilib ki, vətəndaşların Nazirliyin səlahiyyət dairəsinə aid müraciətləri dinlənilib. Onların sırasında şəhid ailələri və Vətən müharibəsi iştirakçıları da olub. Müraciətlərdə əksini tapan məsələlər yerindəcə araşdırılaraq nəticəsinə uyğun tədbirlər görülüb. Sorğu xarakterli müraciətlərlə bağlı vətəndaşlara izahatlar verilib. Qəbuldan əvvəl bu barədə və qəbula necə yazılmaq barədə müvafiq məlumatlandırma aparılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31