Türkiyəyə yola salınan FHN-in amfibiya tipli təyyarəsi qardaş ölkəyə çatıb - VİDEO
23 İyun 2022 23:24 SosialAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasındakı meşə yanğınlarının daha geniş miqyas almasına imkan verilməməsi və söndürülməsi üçün qardaş ölkəyə köməklik məqsədilə yola salınmış Azərbaycan Fövqəladə Hallar Nazirliyinə (FHN) məxsus "BE-200ÇS" amfibiya tipli təyyarə Türkiyənin Muğla bölgəsinin Dalaman Hava Limanına çatıb.
Olaylar.az bildirir ki, FHN-dən verilən məlumata görə, təyyarə sabah səhər saatlarından etibarən yanğınların söndürülməsi əməliyyatlarına başlayacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31