Azərbaycanda Nuru Paşanın adı küçəyə verildi - FOTO

Astara şəhərində mərkəzi küçələrdən birinə Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanın adı verilib.

Bu barədə millət vəkili Fazil Mustafa məlumat yayıb. O, küçənin fotosunu paylaşaraq sevincini bölüşüb.

"Millət vəkili həmkarım hörmətli Rəşad Mahmudov bu şəkli mənə göndərdi və xeyli sevindim. Azərbaycanın ən gözəl güşələrindən biri olan doğma Astarada şəhərin geniş küçələrindən birinə Nuri Paşanın adı verilib və müvafiq lövhə vurulub. Ümid edirəm, Bakı da Astaradan nümunə götürər", deyə deputat əlavə edib.

sfera

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31