İndiyədək 12 min qazi işlə təmin olunub - Anar Kərimov

İndiyədək 3 min qazinin əlilliyi müəyyən olunub.

Olaylar.az  bildirir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov Milli Məclisdə 2022-ci ilin dövlət büdcəsinə dəyişikliklər layihəsinin müzakirəsi zamanı deyib.

"Bu məsələ ilə bağlı biz müvafiq qurumlarla birgə işləyirik. Artıq minlərlə qazi ağır və yüngül xəsarətlərə görə də ödənişlərini alırlar", - A.Kərimov bildirib.

Nazir müavini qeyd edib ki, təqribən 12 min qazi işlə təmin olunub: "Bu şəxslərə 20 min reabilitasiya vasitəsi verilib".

Nazir müavini qeyd edib ki, Birinci Qarabağ müharibəsi əlilləri ilə bağlı da müəyyən işlər gedir.

"Qazilər bizim fərəh və qürur yerimizdir. Bu sahədə nə etsək, yəqin ki, kifayət olmayacaq. Əlbəttə ki, əlavə tədbirlərə ehtiyac var".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31