Azərbaycanda yeni doğulan körpə öldü

Qazax rayonunda yeni doğulmuş körpə ölüb.

Hadisə ötən gün baş verib. 

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İctimaiyyətlə əlaqələr və tədbirlər şöbəsinin müdiri Zamirə Ədilova öz açıqlamasında bildirib ki, dünən saat 15:10 radələrində təbii üsulla doğuşun icra edilməsi məqsədilə Qazax Mərkəzi Xəstəxanasının Təcili yardım bölməsinə müraciət daxil olub:

"Saat 18:40-da 38 həftəlik, 3 kiloqram 100 qram oğlan uşağı doğulub. Doğumdan sonra körpənin vəziyyətində narahatlıq müşahidə edildiyindən ona müvafiq tibbi yardım göstərilib. Bütün mümkün tibbi yardımın göstərilməsinə baxmayaraq, 22:15 radələrində körpə dünyasını dəyişib.

Ölüm səbəbinin araşdırılması üçün körpənin nəşi Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Qazax rayon şöbəsinə təhvil verilib".

oxu.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31