YTB rəhbərliyi Atatürk Liseyini ziyarət edib

Türkiyənin Yurtdışı Türklər və Akraba Topluluqlar Başqanlığının (YTB) dairə başqanı Ahmet Atabaş və başqan yardımçısı Demet Koç Türk Dünyası Araşdırmalar Vəqfi, Bakı Atatürk Liseyində olublar. "OLAYLAR" xəbər verir ki, liseyin müdiri Eylem Gültekin və digər rəhbər heyətlə görüşən YTB rəsmilərinə təhsil müəssisəsinin fəaliyyəti, əldə etdiyi uğurlar, liseyin şagird heyətinin başa çatmış tədris ili ərzində qazandığı nailiyyətlər barədə məlumat verilib.

Sonda YTB rəsmiləri ilə Bakı Atatürk Liseyinin rəhbər heyəti xatirə şəkli çəkdirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31