Deputatlarla jurnalistlər arasında futbol üzrə yoldaşlıq oyunu keçirilib

İyunun 19-da Milli Məclisin deputatları ilə I və II Qarabağ müharibələrində iştirak etmiş jurnalistlərdən ibarət "Suqovuşan" komandası arasında Zəfər Kubokunun final oyunundan öncə yoldaşlıq matçı keçirilib."Olaylar" xəbər verir ki, Bakı Olimpiya Stadionunda təşkil olunan yarışda əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Tədbirdə Milli Məclisin deputatı Tahir Mirkişili, Azərbaycan Şahmat Federasiyasının prezidenti və Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov, İdman Araşdırmalar Mərkəzinin sədri Elşən Məmmədov çıxış edərək iştirakçı komandalara uğurlar arzulayıblar, belə turnirlərin keçirilməsinin əhəmiyyətindən danışıblar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31