Masallı rayonunda intihar hadisə baş verib. Hadisə rayonun Ərkivan kəndində qeydə alınıb.2007-ci il təvəllüdlü N.A. (oğlan) yaşadığı evdə özünü asaraq intihar edib.
Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib ki, qeyd olunan faktla bağlı hazırda Masallı Rayon Prokurorluğunda araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31