Bakı məktəblərində 30 minə yaxın müəllim çalışır

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində 312 ümumi təhsil məktəbi, 3 xüsusi ümumi orta məktəb və 5 əyani-qiyabi axşam məktəbi olmaqla, cəmi 320 məktəb, 338 məktəbəqədər təhsil müəssisəsi və 5 Uşaq-Gənclər İnkişaf Mərkəzi fəaliyyət göstərir.

"OLAYLAR" xəbər verir ki, BŞTİ-nin tabeliyindəki məktəblərdə 470 517 şagirdin təlim-tərbiyəsi ilə 29 115 müəllim məşğul olub.

BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin I siniflərini 46 470, IX siniflərini 35 100, XI siniflərini 23 505, XII siniflərini isə (əyani-qiyabi tam orta məktəb və qiyabi sinifləri) 134 nəfər bitirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31