Səhiyyə naziri meymunçiçəyi ilə bağlı əhaliyə müraciət etdi

"Hələlik meymunçiçəyinin geniş yayılması üçün bir səbəb yoxdur".

Bunu  açıqlamasında səhiyyə naziri Teymur Musayev bildirib.

Nazir deyib ki, dünyada bununla bağlı 2 minə yaxın hadisə qeydə alınıb, amma indiyə qədər meymunçiçəyi ilə birbaşa bağlı olan ölüm hadisəsi qeyd edilməyib:

"Fürsətdən istifadə edərək əhalimizə meymunçiçəyi ilə bağlı müraciət etmək istərdim. Sadə fərdi gigiyena qaydalarına riayət etməklə bu bəladan uzaq duraraq, normal həyat tərzinə davam edə bilərlər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31