"17 iyun həkimlər  üçün həm də  bir hesabat günüdür"

Ümummilli lider Heydər Əliyevin 4 iyun 2001-ci il tarixdə imzaladığı Sərəncamla 17 iyun hər il  Azərbaycanda səhiyyə işcilərinin peşə bayramı günü kimi qeyd olunur. Bu əlamətdar gündə mama-ginekoloq,  Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun dosenti, tibb üzrə fəlsəfə doktoru Xəyalə Təhməzilə həmsöhbət olduq. Müsahibimiz səhiyyənin bu günü, inkişafı,  uğurları və qayğıları ilə bağlı suallarımıza aydınlıq gətirdi.   
- Tibb işçilərinin peşə bayramında bir həkim kimi həyatınızı həsr etdiyiniz sahəyə  baxışınız maraqlıdır.
  - Əslində 17 iyun biz həkimlər üçün həm də  bir hesabat günüdür. Peşə bayramının təsis olunmasında, bu günün özəl qeyd edilməsində məqsəd həm  tibb işcilərinin zəhmət və əməyinə, elminə,  fədakarlığına hörmət və ehtiramı göstərmək, həm də  onların bizim sağlamlığımızın qorunmasinda göstərdikləri xidmətlərə diqqət yetirmək, ölkə tibbinin inkişafina və nailiyyətlərinə nəzər yetirməkdir. Əlbəttə, danışmağa, qeyd etməyə uğurlarımız da, qayğılar da var...
 -  Bir ziyalı olaraq səhiyyənin mövcud durumunu necə qiymətləndirirsiniz?
- Öncə atırlatmaq lazımdır ki, Ulu Öndər Heydər Əliyevin 2001-ci il tarixli fərmanı hər il iyunun 17-də Azərbaycan Respublikasında tibb işçilərinin peşə bayramı günü kimi qeyd olunur. Bu günü peşə bayramı günü kimi qeyd etməyi tibb işçilərinə ərməğan edən   Ulu Öndərimiz Heydər Əliyevin səhiyyə sistemində fədakarcasına çalışan tibb personalına,  həkimlərə, ziyalı alimlərə göstərdiyi diqqətin, qayğının təzahürü idi.  Etiraf etmək lazımdır ki, bu gün də cənab prezident İlham Əliyevin rəhbərliyi altında  səhiyyədə çalışan çoxsaylı tibb işçilərinə eyni qayğı, diqqət davam etdirilir. Müxtəlif əlamətdar günlərdə həkimlərin, ömrünü bu sahəyə həsr etmiş tibb işçilərinin Ali Baş Komandan tərəfindən müxtəlif mükafatlarla, fəxri adlarla  təltif etməsi yenə də qayğının göstəricisidir. Yeri gəlmişkən, bir vaxtlar Ulu Öndər çıxışında vurğulamışdır ki, "Azərbaycanda bir dənə də şəhər, rayon olmayacaq ki, orada ən müasir standartlara cavab verən tibb mərkəzi olmasın".  Uzaqgörən liderin arzuları,  proqnozları bu gün gerçəkləşib.  Bu gün statistikaya görə bütövlükdə ölkəmizdə  təqribən 40 minə yaxın həkim fəaliyyət göstərməkdədir.  Əhalinin sağlamlığının qeydinə qalan həkimlərin sırasına  tibb sahəsində çalışan tibb personalını da  əlavə etdikdə, özəl səhiyyə sektorunun inkişafına nəzər saldıqda, dövlətin bu sahəyə nə qədər önəm verdiyinn şahidi oluruq.  Əlbəttə, bu insanlarımızda  fərəh hissi yaradır və bu sevincdən bir həkim kimi   mənə də pay düşür. Etiraf dedim ki, həkimlik  peşəsinə yiyələndiyim üçün qürur duyuram. İnsanların sağlamlığına xidmət etməklə xoşbəxtəm. Peşəmiz  cox agir və son dərəcə  məsuliiyətlidir. İxtisaslaşdığım sahə - mama-ginekologiya isə tibbin bir qolu olaraq,  yüz qat artıq məsuliyyət tələb edir. Cünki biz qadınlarla, ana olmağa çətinlik çəkən,   ana olmağa hazırlaşan xanımlarla işləyirik.  Bu sahədə çalişan həmkarlarım  həm  ananın,  həm də onun  bətnində daşıdığı körpənin saglamlıgına cavabdehlik daşıyırlar. Əlbəttə ki, hər  bir sahədə mükəmməl nəticə əldə etmək arzuolunandır. Və buna nail olmaq üçün gecəni gündüzə qatıb çalışmaq, yenə də çalışmaq lazımdır.  İstənilən sahədə xoşagəlməz hallarla üzləşmək mümkündür və tibbdə də bu kimi hallar qaçılmazdır. Amma bir arzuolunmaz hal bütövlükdə bir sahənin fəaliyyətinə, uğurlarına, inkişafına kölgə sala bilməz.  Son dövrlərdə tibb sahəsində aparilan islahatlar bütün cəmiyyətə bəllidir. Əlbəttə,  ən müasir metodlara uyğunlaşmaq, onların ölkəmizdə tətbiq olunmasına, ən müasir standartlara uyğun çalışmağımız üçün təbii ki, islahatlar davam etdirilməli, daha da  təkmilləşdirilməlidir. Hesab edirəm ki, bu istiqamətdə də yeniliklərin, uğurların, inkişafın şahidi olacağıq. 
- Hippokrat andına sadiq həkimlər hansı özəllikləri ilə seçilməlidir?  Bu and dövrümüzdə nə qədər aktualdır?
- Tarixin bütün dövrlərində, bütün dönəmlərdə həkimlər, loğmanlar, şəfaçılar  hörmət, nüfuz sahibi olublar. Əlbəttə, söhbət insan  sağlamlıqdan gedirsə, həkimlik peşəsi mütləq ki, aktualdır. Bu peşə cox böyük məsuliyyət, fədakarlıq tələb edir. Hesab edirəm ki, bir insan  gecə-gündüz oxumaqla, öz üzərində işləməklə, peşəsini ürəkdən sevərək əziyyətlərə qatlaşmaqla,   keşməkeşli yollardan keçməklə həkim adını qazana bilər. Amma günümüzdə qloballaşma, sosial medianin inkişafi, ondan geniş  istifadə olunması bəzi hallarda səhiyyə ilə bağlı fikirlərə də təsirsiz ötüşmür. Belə ki, həkimlər, tibb işciləri haqqinda mənfi xarakterli paylaşimlar bəzi hallarda yanaşmalara təsir edir.  Amma butun bunlara baxmayaraq həkimilərimizin tibb sahəsində aldə etdikləri ugurları, fədakarlığı danılmazdır, təqdirəlayiqdir.  Ötən illər yaşadığımız  pandemiya dönəmində həkimlərin, tibb personallarının göstərdikləri fədakarlığı necə görməmək olar, necə unutmaq olar? Bizim xalqımız qədirbilən xalqdır. Məncə qeyd etdiyiniz doğmalıq, səmimiyyət  bu gün də davam edir.  Dövlətimizin, xalqımızın diqqəti, sevgisi  həkimlərə öz peşələrini və vəzifə borclarini layiqincə yerinə yetirməyə daha da ruhlandırır.
 - Qadın sağlamlığı, yeni doğulan uşaqların  sağlamlığı hər zaman aktual olub və belə də olacaq. Bu istiqamətdə ölkəmizdə vəziyyət qənaətbəxş sayıla bilərmi?
- Əbəs yerə deyilməyib ki,  qadın bəşəriyyətin gələcəyidir. Uşaqlar da bizim gələcəyimizdir, onların sağlam, xoşbəxt, özgüvənli, böyüməsi üçün anaların sağlamlığı mütləqdir. Buna görə də qadin saglamlığı,  yeni dogulan uşaqların saglamıgı hər bir 
ölkənin prioritet məsələlərindəndir. Fikrimcə, bu aspektdə ölkəmizdə vəziyyət qənaətbəxş sayila bilər. Çünki ölkəmizdə bu sahədə vəziyyət dövlətin tam nəzarəti altındadır. Bu sahədə  təkmilləşməyə, daha ciddi nəticələrə  nail olmaq üçün dövlət və vətəu cəmiyyəti tərəfindən mütəmadi  müxtəlif layihələr  həyata keçirilir,  yeniliklər təbliğ olunur, maarifləndirmə işləri aparılır.  Sözügedən istiqamətdə dövlət və qeyri-dövlət sektoru tərəfindən monitorinqlər keçirilir. Bu sahədə mövcud olan problemlər mütəmadi olaraq araşdırılır və onlarınaradan qaldırılması üçün tədbirlər görülür. 

- Ginekoloq kimi fəaliyyət göstərdiyiniz sahədə mövcud ugurlar və qayğılar kimi nələri vurgulayardınız?
- Ginekologiya sahəsində ugurlarımız çoxdur, desəm yanılmaram. Xüsusilə son İllərdə ana və uşaq ölümlərinin, qüsurlu uşaqların dünyaya gəlməsinin sayı, sonsuzluq problemlərinin, onkoloji problemlərin sayi kəskin şəkildə azalıb. Qeyd etmək istərdim ki, ucqar kənd xəstəxanalarında müvafiq istiqamətdə aparılan monitorinqlərin təşkil olunmasi, həkimlərimizin təkmilləşdirmə kurslarına cəlb 
olunması, onlarin online beynəlxalq konfranslara qatılmasıucun şəraitin yaradılması əldə edilən uğurları şərtləndirən faktor rolunda çıxış edir. Ancaq  nə qədər ugur qazansaq da, yeni meydana cixan xəstəliklərin vaxtında aşkar edilməsi və aradan qaldırılması istiqamətində aparılan işlər bizim qaygılarımızdır. Ona görə də bir az öncə qeyd etdim ki, peşəmiz  cox agir və son dərəcə  məsuliiyətlidir. İxtisaslaşdığım sahə - mama-ginekologiya isə bizdən  yüz qat artıq məsuliyyət tələb edir. Mən də  bu məsuliyyətin öhdəsindən gəlməyə var gücümlə çalışıram. 

- Səhiyyə Nazirliyi, eləcədə çalışdığınız institutun ana və uşaq sağlamlığı ilə bağlı həyata kecirdiyi layihələr barəsində nə deyə bilərsiniz?
- Səhiyyə Nazirliyi, Elmi Tədqiqat Mamaliq Ginekologiya İnstitutu və digər tibbi qurumlar tərəfindən ana və uşaq saglamligina dəstək istiqamətində çox böyük işlər görülür.  Dünya tibbində  mövcud olan ən son  müalicə və müayinə  üsulları Elmi Tədqiqat Mamaliq Ginekologiya İnstitutunda tətbiq olunur. İnstitutun vasitəsilə yeniliklərin, ən müasir müalicə üsullarının bölgələrdə həyata keçirilməsi,  monitorinqlərin və beynəlxalq konfranslarin keçirilməsi, həkimlərin təcrübələrini bölüşməsi üçün yaradılan imkanlar, gənc həkimlərin müxtəlif kurslara, təlimlərə qatılması birmənalı şəkildə sahənin inkişafının təzahürüdür. Bugünkü potensiala, gerçəkləşən layihələrə əsaslanaraq gələcəkdə beynəlxalq səviyyədə daha da böyük işlər görüləcəyinə əminəm.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31