Deputat elmə ayrılan vəsaitin az olduğundan şikayətləndi
17 İyun 2022 12:35 Sosial"Büdcə gəlirlərinin 1.6 milyardını dövlət müəssisələri ödəyir. Əgər iqtisadiyyatın əsas sahəsi dövlətin nəzarətindədirsə, büdcənin gəlirlərinin əsas hissəsini də məhz dövlət müəssisələri ödəyib". Olaylar xəbər verir ki, bununla bağlı Milli Məclisin növbədənkənar sessiyasının bu gün keçirilən plenar iclasında deputat Qüdrət Həsənquliyev məlumat verib.
O qeyd edib ki, büdcənin icrası ilə bağlı hesabata nəzər saldıqdan görünür ki dövlət müəssisələri vergi ödəmirlər: "Həmçinin, rəqəmlərə nəzər salanda elmə ayrılan vəsaitin az olduğu qəti görünür. Biz deyirik ki, niyə silahlar İsraildən ayrılır? Çünki İsraildə elmə bizdən 20 dəfə çox pul ayrılır və nəticə də ortaya qoyulur. Elmə pul ayırmadan onu inkişaf etdirmək mümkün deyil".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31