Naxçıvana bilet problemi Milli Məclisdə qaldırıldı
17 İyun 2022 11:25 Sosial"Hazırda ölkəmizdə ən çox müzakirə edilən məsələlərdən biri Naxçıvana aviabiletlərinin qiymətinin artırılmasıdır". Olaylar xəbər verir ki, bununla bağlı Milli Məclisin növbədənkənar sessiyasının bu gün keçirilən plenar iclasında deputat Fazil Mustafa danışıb. O qeyd edib ki, avtomobillə İrandan keçərək Naxçıvana getmək də əvvəllər ucuz idisə, indi bahadır:
"Təyyarə biletlərinin isə çoxu turizm şirkətlərinə satılır, bundan əziyyət çəkən də yerli əhalidir. Nəqliyyat xərci əhali üçün ciddi problemə çevrilir. Bunu hökumət ciddi düşünməli, həll yolu tapmalıdır".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31