Tədris ilində 489 şagird fərdi təhsilə cəlb edilib

2021-2022-ci tədris ilində Bakı şəhəri üzrə 5 ümumi təhsil müəssisəsində 112 şagird inklüziv təhsilə cəlb edilib. 
"OLAYLAR"-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, inklüziv təhsil sağlamlıq imkanları qismən məhdud uşaqlarla sağlam uşaqların eyni sinifdə təhsil almasına imkan yaradır. Layihə həmin uşaqların cəmiyyətə daha rahat inteqrasiyasına nail olmaq məqsədlərinə xidmət edir.
İdarədən o da bildirilib ki, başa çatmış tədris ilində həmçinin Bakı  şəhəri üzrə 178 məktəbdə 489 şagird fərdi təhsilə cəlb edilib.
Qeyd edək ki, fərdi təhsil müxtəlif səbəblərdən uzun müddət təhsildən kənarda qalmış şəxslərin fərdi qaydada təhsil almalarına şərait yaradır. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31