Nazir Rəşad Nəbiyev Yevlaxda gənclərlə görüşüb
17 İyun 2022 10:45 SosialRəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev vətəndaş qəbulu ilə əlaqədar növbəti səfəri çərçivəsində Yevlax şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Yevlax, Bərdə, Tərtər, Goranboy rayonları və Mingəçevir şəhərində yaşayan, innovasiyalara maraq göstərən gənclərlə görüşüb.
"OLAYLAR"-a nazirlikdən bildirilib ki, görüş zamanı ölkəmizdə İKT sektorunun inkişafı istiqamətləri müzakirə edilib.
Rəşad Nəbiyev gənclərin düşüncələri ilə tanış olub, innovasiya prosesləri barədə fikir mübadiləsi aparılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31