"Azərbaycan-Türkiyə-Pakistan Gənclərinin Əməkdaşlıq Forumu" başlayıb
16 İyun 2022 17:12 SosialBu gün İstanbulda Azərbaycan Gənclik Fondunun və Türkiyə Gənclik Vakfının birgə təşkil etdikləri "Azərbaycan-Türkiyə-Pakistan Gənclərinin Əməkdaşlıq Forumu" başlayıb.
Forum ölkələrimizin himnlərinin səslənməsiylə açılıb.
Azərbaycan Gənclik Fondunun İcraçı Direktor Müavini Qədir Xəlilov, Pakistan İstanbul Baş Konsulluğunun Təhsil və Mədəniyyət Məsələləri üzrə rəhbəri Bilal Şirzad, Azərbaycan İstanbul Baş Konsulluğundan Konsul Zaur Allahverdizadə, Millət vəkili Naqif Həmzəyev, TUGVA Başkanı Enes Eminoğlu forumda çıxış ediblər.
Çıxış zamanı natiqlər qardaş ölkələrin qardaşlığı, müttəfiqliyi və birgə strateji əməkdaşlığından, ölkələrimizin rəhbərliyinin gənclərə göstərdiyi qayğı və diqqətdən, gəncliyinin inkişaf yolları, əməkdaşlığı, gənclərin problemlərilə əlaqədar çıxış edib, bir çox faydalı və maraqlı təkliflər irəli sürüblər.
Mehdi Səlimov




