Reabilitasiya mərkəzlərinin potensialı 3 dəfə artıb
16 İyun 2022 17:02 Sosial2018-2022-ci illərdə 12 reabilitasiya və sosial xidmət müəssisəsi əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib, bir uşaq reabilitasiya müəssisəsi - Qəbələ Uşaq Reabilitasiya Mərkəzi açılıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən "Olaylar"a bildirilib ki, yaxın aylarda Şamaxı Psixonevroloji Sosial Xidmət Müəssisəsi, Şəmkir Uşaq Reabilitasiya Mərkəzi də istifadəyə veriləcək. Görülən işlər reabilitasiya mərkəzlərinin potensialının, reabilitasiya xidmətləri göstərilən şəxslərin illik sayının 3 dəfə artmasına imkan verib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31