Azərbaycanda koronavirusa yoluxma sayının bu qədər azaldığını görmək sevindiricidir - ÜST rəhbəri
16 İyun 2022 12:08 SosialAzərbaycanda koronavirusa yoluxma sayının bu qədər azaldığını görmək sevindiricidir.
Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Gebreyesus "Qlobal dünya nizamına təhdidlər" mövzusunda IX Qlobal Bakı Forumunda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, dünya əhalisinin böyük hissəsi virusa qarşı peyvəndlənib, amma hələ də təhlükə üzərində qələbəni elan etmək tezdir.
"Əlbəttə, pandemiya dünyadakı yeganə böhran deyil. Biz iqlim dəyişiklikləri, siyasi münaqişələrdən qaynaqlanan problemlərlə üzləşirik. Biz bütün ölkələri koronavirusla mübarizəni davam etdirməyə çağırırıq, çünki bu, gündəmdəki qlobal təhdidlərin həlli üçün vacib addımdır.
trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31